Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 26 yeni yoluxma faktı qeydə alınıb, 10 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Buta.media-ya verilən məlumata görə, ölən olmayıb.
İndiyədək ölkədə ümumilikdə 793 089 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 783 206 nəfər müalicə olunaraq sağalıb, 9 716 nəfər vəfat edib. 167 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 2 222, bu günə qədər isə ümumilikdə 6 947 820 test icra olunub.