Beyləqanda pambıq tarlasında çalışanlar arasında kütləvi zəhərlənmə olub.
APA-nın əldə etdiyi məlumata görə, pambıq becərməklə məşğul olan 15 rayon sakini zəhərlənmə diaqnozu ilə Beyləqan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan ikisi huşsuz vəziyyətdə xəstəxanaya daxil olub.
TƏBİB-dən bildirilib ki, zəhərlənənlər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, onların vəziyyətləri qənatbəxşdir, gün ərzində ambulator müalicə üçün evə buraxılacaqlar.
Faktla bağlı Beyləqan rayon Prokurorluğunda araşdırma aparılır.