117-ci gün. Xarkovda sığınacaq, Lisiçanskda döyüşlər - fotolent

İyunun 20-də Ukrayna prezidentinin müşaviri Aleksey Arestoviç bildirib ki, müharibə başlayandan ölkədə 10 min ukraynalı əsgər ölüb, daha 30 min nəfər yaralanıb.

Krım rəhbəri Sergey Aksenov Ukrayna Silahlı Qüvvələrinin “Çornomornefteqaz”ın qazma platformalarına zərbə endirməsini açıqlayıb. Hadisə nəticəsində üç nəfər yaralanıb, daha yeddi nəfər itkin düşüb. Qondarma DXR və LXR-in tanınması mövzusu Rusiyanın müasir tarixi üzrə IX siniflər üçün nümunəvi məktəb proqramına daxil edilib.

Xarkov vilayəti

Xarkov sakinləri raket atəşindən sonra Lyubotinski Dəmiryolu Nəqliyyatı peşə liseyində qalıqları yığışdırırlar. Şahidlər bildiriblər ki, xəsarət alan yoxdur.

Sergey Kozlov / EPA / Scanpix / LETA

Xarkovda Malaya Danilovka qəsəbəsinin sakinləri gecə saatlarında atılan mərminin yerinə baxırlar.

Leah Millis / Reuters / Scanpix / LETA

Xarkov Dövlət Veterinar Akademiyasının əməkdaşı zədələnmiş quş eksponatlarını yığışdırır.

Leah Millis / Reuters / Scanpix / LETA

Xarkova sakinləri atəş nəticəsində yaranan yanğının söndürülməsini izləyirlər.

Leah Millis / Reuters / Scanpix / LETA

Keçmiş tibb bacısı Natalya Leus Xarkovda bomba sığınacağında yaşayır. O buraya Kutuzovka qəsəbəsindən köçüb.

Metin Aktas / Anadolu Agency / ABACAPRESS / ddp images / Scanpix / LETA

Keçmiş sürücü Yuri Leus Xarkovda bomba sığınacağında

Metin Aktas / Anadolu Agency / ABACAPRESS / ddp images / Scanpix / LETA

Kutuzovkadan olan fermer Nadejda Boyko bomba sığınacağında

Metin Aktas / Anadolu Agency / ABACAPRESS / ddp images / Scanpix / LETA

Kutuzovkadan olan 73 yaşlı Marfa indi bomba sığınacağında yaşayır

Metin Aktas / Anadolu Agency / ABACAPRESS / ddp images / Scanpix / LETA

Hərbçi Donetsk vilayətinin şimal-qərbində Pokrovsk şəhərində təxliyə qatarında yaşlı qadının yanından keçir. Ötən həftə Pokrovsk artilleriya atəşinə tutulub.

Efrem Lukatsky / AP / Scanpix / LETA

Lisiçansk küçələrində yararsız hala düşmüş minik avtomobili. Ukrayna Silahlı Qüvvələrinin məlumatına görə, Rusiya qoşunları müxtəlif çaplı artilleriya qurğularından Severodonetsk istiqamətində Ukrayna mövqelərini atəşə tuturlar. Lisiçansk, Ustinovka, Qornaya yaşayış məntəqələrinə aviazərbələr endirilib.

Madeleine Kelly / SOPA Images / LightRocket / Getty Images

Lisiçanska girişdə Ukrayna tankı

Madeleine Kelly / SOPA Images / ZUMA Press Wire / Scanpix / LETA

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ