Rusiya Litvanı təhdid etdi

Litva dəmir yolu ilə Kalininqrad vilayətinə yüklərin tranzitinə qoyulan qadağanın nəticələrinin ciddiliyini dərk etməlidir.

Buta.media-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bəyan edib.

“Ümid edirəm ki, Litva nümayəndələrində vəziyyəti qiymətləndirməkdə hansısa peşəkarlıq hisləri qalıb. Onlar nəticələri başa düşməlidirlər - və nəticələr, təəssüf ki, gələcək”, - deyə Zaxarova Litva hakimiyyətini Rusiyaya qarşı aqressiv davranışda və beynəlxalq hüququ pozmaqda günahlandırıb.

“Bu halda qırmızı xətt artıq keçilib, bu açıq-aşkar düşmən davranışdır”, - o deyib.

Xatırladaq ki, iyunun 18-də Litva Avropa sanksiyalarına məruz qalan malların Kalininqrad vilayətinə öz ərazisindən dəmir yolu tranzitinə qadağa qoyub. 

Qadağa kömür, metallar, sement, ağac, tikinti materialları və yüksək texnologiya məhsullarına şamil edilib. Avqust ayında neft məhsullarının tədarükünə məhdudiyyətlər tətbiq oluna bilər. 

Kalininqrad vilayətinin qubernatoru Anton Alixanovun sözlərinə görə, ümumilikdə bütün yüklərin 40-50%-nə qadağa altına düşüb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ