Tələbələrdən 3-5 min manat rüşvət tələb etməkdə ittiham olunan BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədova işdən azad olunub.
Bu barədə Buta.media-ya Universitetin Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Sədaqət Əhmədovanın əmək müqaviləsinə xitam verilib.
Qeyd edək ki, sosial şəbəkələrdə BDU-nun Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin müəllimi Sədaqət Əhmədovaya məxsus səs yazısı yaylmışdı. Səs yazısında müəllimin birinci imtahandan keçmək üçün 3-5 min manat arası pul tələb olunduğunu deyilirdi: “İmtahandan kəsildinsə, ikinci şans verirlər, şansa bir də girirsən. Şansdan kəsildinsə, qalırsan sentyabra, payızda kəsilirsən. Belə də ki, 3-5 min arası puldur, verirsən, birincidən keçirsən”.
Universitetdən isə məsələnin ciddi araşdırıldığı bildirilmişdi.