ÜST Azərbaycana meymunçiçəyi virusunu təsbit edən test göndərəcək

“Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qısa zaman ərzində Azərbaycana meymunçiçəyi virusunu təsbit edə biləcək testlər göndərəcək”.

Bunu “Report”un sualına cavabında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, Azərbaycan hökuməti testlərin gətirilməsi üçün müraciət edib: 

“Çox qısa zaman ərzində Azərbaycana testlər gətiriləcək. Virusu aşkarlamaq üçün bir neçə test növü var. Hazırda hansı növ testin Azərbaycana gətirilməsi müzakirə olunur. Bu müzakirələri Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə aparırıq. Təxminən minlərlə belə testin gətirilməsi nəzərdə tutulub. Onu da qeyd edim ki, hazırda Azərbaycanda həmin virusla bağlı təhlükə yoxdur”.

Hande Harmancı əlavə edib ki, hazırda Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı təhlükə yoxdur.

“Onsuz da Afrikada meymunçiçəyi mövcud idi, Avropada isə yeni yayılmağa başlayıb. Düzdür, koronavirus qədər narahatedici səviyyədə deyil. Sadəcə, fərqli formada yoluxuculuq qabiliyyəti olduğundan insandan insana çətin keçir. Ona görə də çox narahat deyilik. Lakin yenə də izləmək lazımdır”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ