Türkiyəli aktrisa faciəli şəkildə öldü

Türkiyəli aktrisa Yonca Türkman İstanbulda Qaziosmanpaşa Karayolları Mahallesində 15-ci mərtəbdə yerləşən evinin eyvanından yıxılaraq dünyasını dəyişib.

Bu barədə məlumatı “HaberTürk” saytı yayıb. 

47 yaşlı aktrisanın eyvandan necə yıxıldığı hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır. 

Qeyd edək ki, Türkman “Evlilik hakkında her şey”, “İyilik”, “Adı sevgi”  seriallarında rol alıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ