Kadırov Severodonetskdən qaçan yaralı əcnəbi muzdluları göstərdi - VİDEO

Çeçenistan rəhbəri Ramzan Kadırov Severodonetskdən qaçan əcnəbi döyüşçülərin görüntülərini yayıb.

Buta.media-nın xəbərinə görə, o, müvafiq videonu Telegram kanalında paylaşıb.

“Əcnəbi muzdlular Severodonetskdən bu cür qaçırlar”, - Kadırov videonun altına yazıb.

Onun sözlərinə görə, ABŞ vətəndaşlarının olduğu avtomobil “Rusiya qoşunları ilə təmas xəttindən uzağa” hərəkət edir. Kadrlarda hərbi geyimdə olan yaralı döyüşçü görünür. Onun hər iki ayağından yaralandığı güman edilir.

“Qeyd etmək lazımdır ki, amerikalı muzdlular uzunmüddətli atəş toqquşmasından qaçırlar. Onlar üçün videoreportajlar hazırlayaraq qaynar nöqtəni tez tərk etmək daha vacibdir”, - Çeçenistan rəhbəri bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ