Azərbaycanın Xalq artisti Emin Ağalarov “Sea Breeze Summer Live” beynəlxalq musiqi festivalı çərçivəsində solo konserti zamanı halı pisləşən tamaşaçıya yardım edib.
Buta.media xəbər verir ki, ifa zamanı müğənni gənc qızın özünü pis hiss etdiyini görüb, dərhal səhnədən düşərək ona kömək edib.
Eminin bu davranışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Daha sonra vəziyyəti pisləşən qıza tibbi yardım göstərilib və konsert davam edib.