Ukrayna “Avroviziya-2023”ü keçirməkdən imtina etdi

Ukrayna 2023-cü ildə “Avroviziya” beynəlxalq mahnı müsabiqəsinə ev sahibliyi etməkdən imtina edib.

Buta.media-nın xəbərinə görə, bu barədə müsabiqənin təşkilatçıları məlumat yayıblar.

Müsabiqə Böyük Britaniyada keçiriləcək.

Qeyd edək ki, Ukraynanın “Kalush Orchestra” qrupu İtaliyanin Turin şəhərində keçirilən “Avroviziya-2022” müsabiqəsində “Stefania” mahnısı ilə qalib olub.

Böyük Britaniya (“Sam Ryder” – “Space Man”) ikinci, İspaniya isə (“Chanel” – “SloMo”) üçüncü yeri tutub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ