Makron: Qərb Ukraynaya hücum silahları verməyəcək

Qərb ölkələri rəsmi olaraq Ukraynaya hücum silahları - tanklar və təyyarələr verməməyə razılaşıblar.

Buta.media-nın xəbərinə görə, bunu Fransa prezidenti Emmanuel Makron Kiyevə səfəri zamanı deyib.

“Biz Ukraynaya müdafiə olunmağa kömək edirik, lakin Rusiya ilə müharibəyə qoşulmayacağıq. Buna görə də müəyyən silahların, məsələn, hücum təyyarələri və ya tankların tədarük edilməməsi barədə razılıq əldə olunub”, - deyə Makron bildirib.

Onun sözlərinə görə, Ukrayna prezidenti Volodimir Zelenskinin bu razılaşmadan xəbəri var.

Makron həmçinin aydınlaşdırıb ki, Fransa Ukraynaya əsasən döyüş sursatı və “müəyyən silah növləri”, o cümlədən zirehli texnika ilə kömək edir. O əlavə edib ki, Paris Ukrayna qüvvələrini 12 ədəd CAESAR özüyeriyən artilleriya qurğusu ilə təmin edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ