Əminəm ki, burada aparılan müzakirələr bizi qlobal gündəmin əsas mövzularına dair yeni yanaşmalar işləyib hazırlamağa kömək edəcək”.
Buta.media-nın xəbərinə görə, bunu Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
O bildirib ki, hər bir ölkə təhlükəsizlik məsələləri ilə bağlı əməkdaşlıq etməlidir.
“Bu mənada Qlobal Bakı Forumu əla platformadır, biz burada müxtəlif tərəflərdən fərqli mövqelər eşidirik”, - deyə Prezident bildirib.
Dövlət başçısı qeyd edib ki, tədbirin gündəliyində duran məsələlərdən biri də aparıcı beynəlxalq təşkilatların, beynəlxalq maliyyə institutlarının ərzaq böhranının öhdəsindən gəlməsi ilə bağlıdır.
“Çünki ərzaq böhranı qaçılmazdır”, - deyə İlham Əliyev əlavə edib.