Rusiya prezidenti Vladimir Putin Natalya Poklonskayanı “Rossotrudniçestvo” rəhbərinin müavini vəzifəsindən azad edib.
Buta.media-nın xəbərinə görə, dövlət başçısının müvafiq fərmanı bazar ertəsi Rusiyanın hüquqi informasiya üzrə rəsmi portalında dərc olunub.
“Poklonskaya Natalya Vladimirovna Müstəqil Dövlətlər Birliyi məsələləri, xaricdə yaşayan həmvətənlər və beynəlxalq humanitar əməkdaşlıq üzrə Federal Agentliyinin (“Rossotrudniçestvo”) rəhbərinin müavini vəzifəsindən azad edilsin”, - sənəddə deyilir.
Qeyd olunur ki, fərman imzalandığı gündən - iyunun 13-dən qüvvəyə minir.
Öz növbəsində Poklonskaya başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad edildiyini bildirib.