Ukraynada vəziyyət dəyişir - Rusiya qoşunları xeyli irəliləyiblər

Rusiya qoşunları Ukraynada İzyum şəhərinin cənub-şərqindən Slavyanska doğru xeyli irəliləyiblər. 

Buta.media-nın xəbərinə görə, bu barədə Amerika Müharibə Tədqiqatları İnstitutunun (ISW) hesabatında deyilir.

Məlumata əsasən, rusiyalılar Xarkov vilayətinin şimal-şərqində Ukrayna qüvvələrini cəbhə xəttindən uzaqlaşdırmağa çalışırlar. İyunun 12-də Xarkov və ətrafında yerləşən Ukrayna mövqeləri intensiv atəşə tutulub. 

Rusiya qüvvələri Severodonetskdə quru hücumlarını davam etdirib və Ukraynanın Baxmutdan Lisiçansk və Severodonetskə gedən quru yollarını kəsmək üçün körpüləri partladıb.

Analitiklər yazırlar ki, Ukraynanın cənubunda rusiyalılar əsas diqqəti müdafiəyə yönəldiblər.

Eyni zamanda Ukrayna Baş Qərargahı məlumat yayıb ki, Severodonetskdə Rusiya qoşunları Ukrayna qüvvələrini şəhərin mərkəzindən çıxarıblar. Hazırda həmin istiqamətdə şiddətli döyüşlərin getdiyi vurğulanır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ