Azərbaycan Avropa çempionu oldu

Bu gün Azərbaycan mini-futbol millisi Slovakiyanın Koşitse şəhərində keçirilən Avropa çempionatında final oyununa çıxıb. 

Elşad Quliyevin baş məşqçi olduğu komanda həlledici matçda Rumıniya ilə üz-üzə gəlib. Qarşılaşma komandamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Bununla da yığmamız Avropa çempionu olub. Qeyd edək ki, bu, Azərbaycan millisinin 10-cu dəfə təşkil edilən Avropa çempionatında ilk çempionluğudur.

Avropa çempionatı, final

22:15. Azərbaycan - Rumınya - 1:0

Qol: Seymur Məmmədov, 25

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ