Ukrayna hərbçiləri Xerson yaxınlığında kəndi nəzarətə götürdü

Rus işğalçıları yenidən birləşmək üçün Xersondan 30 kilometr aralıda yerləşən Blaqodatnoye kəndini tərk etdilər.

Bunu Ukrayna Prezident Aparatının rəhbərinin müşaviri Aleksey Arestoviç deyib.

"Rus qoşunları Blaqodatnoyeni tərk etdi. Kənd, Xersona çox yaxındır. Amma bu, qaçış deyil, manevrdir. Onlar Xerson istiqamətini, sağ sahil qrupunu gücləndirdilər", - Aretoviç bildirib.

Onun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin hücumu ilə əlaqədar bütün rus əsgərləri Blaqodatnıdan Xerson vilayətinin başqa bir hissəsinə köçürülüb.

Xatırladaq ki, iyunun 1-də Müdafiə Nazirliyinin spikeri Oleksandr Motuzyanyk bildirib ki, Müdafiə Qüvvələrinin bölmələri əks-hücum hərəkətləri sayəsində Xerson vilayətində qismən uğur qazanıblar.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ