İranın şimal-şərqində yerləşən Tabas şəhərindən təxminən 50 km aralı Mazinou dəmiryol stansiyasında sərnişin qatarının relsdən çıxması nəticəsində azı 17 nəfər ölüb, 50-yə yaxın sərnişin yaralanıb.
Buta.media-nın xəbərinə görə, bu barədə İran Qırımızı Aypara Cəmiyyəti Cənubi Xorsan idarəsinin direktoru Müctəba Xaledi bildirib.
Qeyd olunur ki, qəza nəticəsində sərnişin qatarının yeddi vaqonundan beşi relsdən çıxıb.
Hadisə nəticəsində ölənlərin və yaralananların sayının artacağı gözlənilir. Məlumata görə, hadisə zamanı qatarda 348 sərnişin olub.
Qəza yerinə 3 helikopter və 10 təcili yardım maşını göndərilib.