Polşa Ukraynaya təxminən 3 milyard zloti (700 milyon ABŞ dollarından çox) dəyərində 50-dən çox Krab haubitsa silahı verəcək. Bu, son illərdə Polşa hərbi sənayesi üçün ən böyük ixrac müqaviləsidir.
Onların atəş məsafəsi təxminən 40 km-dir. 18 texnika ötən həftə Ukraynaya yola düşüb.
TVN.24 xəbər verir ki, bu barədə Polşanın baş naziri Mateuş Moravetski Huta Stalova Vola zavodunda məlumat verib.
"Əslində, biz indi son 30 ilin ən böyük silah ixracı müqavilələrindən birini imzalayırıq. Sınaqdan keçmiş silahlardır və sübut olunub ki, bu, artıq meydanda çox vacib silah olacaq”, - Polşanın baş naziri bildirib.
Moravetski qeyd edib ki, Ukraynaya silah tədarükünün maliyyələşdirilməsi qismən Avropa İttifaqı tərəfindən qarşılanacaq.
Öz növbəsində Polşanın Baş nazirinin müavini, dövlət aktivləri naziri Yaçek Sasin bildirib ki, müqavilənin məbləği təxminən 630 milyon dollar təşkil edəcək.