103-cü gün: Donbass alov içində, artilleriya döyüşləri - fotolent

Müharibənin 103-cü günü başa çatdı. Luqansk vilayətinin rəhbəri Sergey Qayday bəyan edib ki, Rusiya Severodonetsk və Lisiçanskı tam nəzarətə götürməyə cəhd etməkdə davam edir, lakin Ukrayna ordusu müdafiə xəttini qoruyur. 

Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, Kiyev döyüşlər başa çatdıqdan sonra rusiyalı hərbi əsirləri azad etməyə hazırdır, lakin onları məsuliyyətə cəlb etmək hüququnu özündə saxlayır. 

Rusiya həlak olmuş “Azovstal” müdafiəçilərinin meyitlərini Ukraynaya təhvil verməyə başlayıb: Associated Press agentliyinin məlumatına görə, onlarla cəsəd artıq Kiyevə çatdırılıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ