Çeçenistan rəhbəri Ramzan Kadırov Ukraynada müharibənin başa çatmasının şərtini açıqlayıb.
Buta.media-nın xəbərinə görə, o, müvafiq videomüraciəti Telegram kanalında yayımlayıb.
Kadırovun sözlərinə əsasən, Qərb tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyalar tam ləğv olunmalı və dost olmayan ölkələr açıq şəkildə üzr istəməlidirlər. Bu zaman hərbi əməliyyatlar dayandırıla bilər.
“Onlar bütün sanksiyaları qaldırana və üzr istəyənə qədər müharibə davam etməlidir. Xeyir üçün müharibə, insanların xoşbəxtliyi üçün müharibə. Döyüşmək bir zövqdür, biz bu həzzi alırıq. Vladimir Vladimiroviç Putinin dediyi kimi, biz şəhid kimi şəhadətə yüksələcəyik, onlar isə məhv olacaqlar”, - deyə Kadırov bildirib.