Güclü külək əsəcək, yağış və dolu yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında bu gündən başlayaraq iyunun birinci ongünlüyünün sonunadək şimal-qərb küləyi 15-20 m/san, arabir 23-25 m/san olacaq.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin gözlənilən hava şəraiti haqqında yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd olunub ki, Azərbaycanın rayonlarında isə bu gündən iyunun 11-i gündüzədək bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı gözlənilir.

Əsasən şimal və qərb rayonlarında intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/san, bəzi yerlərdə arabir 23-28 m/san olacaq. Çaylarda sululuğun artacağı ehtimalı var.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ