Gürcüstan prezidenti Salome Zurabişvili azərbaycanlıların kompakt yaşadığı Kvemo-Kartli bölgəsinə səfəri zamanı bəyan edib ki, ölkədə yaşayan müxtəlif milliyyətlərin nümayəndələrini bir dil birləşdirməlidir, lakin bu, rus dili olmamalıdır.
Buta.media “Georgia Online”-na istinadən xəbər verir ki, bunu Zurabişvili Qardabani rayonunda əhali görüş zamanı deyib.
O, Gürcüstanın ayrı-ayrı dini mənsubiyyəti olan insanların dinc yaşadığı yer olmasından fəxr etdiyini, bunu dünyanın müxtəlif ölkələrində qürurla bəyan etdiyini bildirib.
“Sizinlə rus dilində danışa bilmərəm, bu, istisnadır. Çünki bu, bizi birləşdirən dil deyil”, - deyə Zurabişvili vurğulayıb.
Gürcüstan prezidenti qeyd edib ki, Azərbaycan dilində bir neçə söz öyrənə bilər, lakin əhali ilə bir dildə danışmaq istəyir.