Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.
Mərkəzdən Buta.media-ya bildirilib ki, 10-12 iyun tarixlərində baş tutacaq 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi ilə əlaqədar olaraq, 6 iyun gecə saat 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi əsas küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulub.
Hərəkət 14 iyun səhər saatlarından etibarən bərpa olunacaq.
Nəqliyyatın hərəkət məhdudiyyəti 3 zonada tətbiq edilir. Birinci zona yarış halqasının əhatə etdiyi İçərişəhər ərazisi, ikinci Azadlıq meydanı və onun yaxınlığında yerləşən digər küçələr, üçüncü zona isə BMT-nin 50 illiyi küçəsininin keçdiyi ərazidir. Yarışın keçirildiyi müddətdə qeyd olunan ərazilərə nəqliyyatın giriş-çıxışı üçün “Yaşayış Yerinə Giriş İcazəsi” veriləcək.
Qeyd olunan sənədi paylanma məntəqələrinə yaxınlaşaraq, həftənin bazar ertəsindən cümə gününə kimi, saat 10:00-dan 17:00-dək əldə etmək mümkündür.
Qeyd edək ki, “Yaşayış Yerinə Giriş İcazəsi”nin paylanması 16 may tarixindən başlayıb və 12 iyunadək davam edəcək.
Hər il olduğu kimi, bu il də 2022-ci il Formula 1 Azərbaycan Qran Prisi müddətində piyadaların hərəkətinə heç bir məhdudiyyət qoyulmayacaq.
Hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:
1. Bakı-Sumqayıt şosesində - Xocəsən yolu ilə kəsişmədən Bakı Beynəlxalq Avtovağzalın qarşısına qədər;
2. Moskva prospektində - Bakı Beynəlxalq Avtovağzalın qarşısından 20 Yanvar dairəsinə qədər - əsas və kənar yolda;
3. Binəqədi şosesində - mərkəz – “Azadlıq prospekti” metrostansiyası istiqamətində Biləcəri - “Baksol” yolu ilə kəsişməyədək;
4. Rövşən Mustafayev küçəsində - 20 Yanvar dairəsindən başlayaraq əsas yolda Ziya Bünyadov prospekti istiqamətində;
5. Həsən bəy Zərdabi prospekti – Məhəmməd Xiyabani küçəsi ilə kəsişmədən 20 Yanvar dairəsinə qədər sıxlıq;
6. Tbilisi prospektində - 20 Yanvar dairəsi istiqamətindən başlayaraq, Abdulvahab Salamzadə küçəsi ilə kəsişməsinə qədər, şəhər istiqamətində;
7. Ziya Bünyadov prospektində - Bakı Olimpiya Stadionunun yanından Atatürk prospekti ilə kəsişməyə qədər əsas yolda, 20 Yanvar dairəsi istiqamətində;
8. Abbasqulu Ağa Bakıxanov küçəsi – İzmir küçəsi ilə kəsişmədən Səməd Vurğun küçəsi ilə kəsişməyədək Türkiyə səfirliyi istiqamətində sıxlıq
9. Koroğlu Rəhimov küçəsinin akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Heydər Əliyev prospekti istiqamətində;
10. Aeroport şosesi – Yeni Ramana yolu ilə kəsişən hissədən mərkəz istiqamətində Heydər Əliyev prospekti ilə kəsişməyədək sıxlıq;
11. Heydər Əliyev prospektində - “Koroğlu” metrostansiyasının qarşısından 5 saylı ASAN Xidmət Mərkəzinin qarşısına qədər kənar yolda;
12. Xətai prospekti – Tələt Şıxəliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər;
13. Yusif Səfərov küçəsində - Xocalı prospekti ilə kəsişməsindən başlayaraq, hər iki istiqamətdə Heydər Əliyev prospekti və Cavanşir körpüsü istiqamətində 28 May küçəsi ilə kəsişməyə qədər;
14. Qara Qarayev prospekti – Şirin Mirzəyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti ilə kəsişməyə qədər;
15. Şəmsi Bədəlbəyli küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən, Rəşid Behbudov küçəsi ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq müşahidə olunur.