Hindistanlı astroloq: Azərbaycanlı qızları daha çox evlilik maraqlandırır

Azərbaycanlıları daha çox maraqlandıran, qayğılandıran məsələ evlilik və işlə bağlı idi. Ailə qurmuş qadınlar daha çox ailədaxili problemlərə, onun həllinə görə müraciət edirdilər. 


Buta.media-nın məlumatına görə, bu barədə Sputnik Azərbaycan-a müsahibəsində hindistanlı astroloq Bharat Buşhan Bhardvaja deyib.


Astroloq bildirib ki, Azərbaycanda subay qızlar isə daha çox nə zaman ailə həyatı qurmaları ilə maraqlanırdılar:


“Bundan başqa, evli cütlüklər də müraciət edirdilər. Onları daha çox qayğılandıran məsələlərdən biri sonsuzluq idi. Biz analizlərə, nəticələrə baxırdıq və deyirdik ki, bu cütlüyün övladı ola bilər, yaxud da yox. Bu elm elədir ki, nəyinsə baş verəcəyini deyiriksə, deməli olacaq. Bundan başqa evində ağır xəstəsi olanlar da bizə müraciət edib məsləhət alırdılar”.


Atroloqun sözlərinə görə, azərbaycanlı kişilər, əsasən, işlə bağlı müraciət edirdilər, öyrənmək istəyirdilər ki, gələcəkdə onları nə gözləyir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ