Rusiya xarici ölkələri Ukrayna ətrafında taxıl böhranını yaratmaqda ittiham edərək qlobal buğda bazarına nəzarəti ələ keçirib.
Buta.media-nın xəbərinə görə, bu barədə Britaniyanın “The Times” qəzeti yazır.
Məlumata əsasən, aprel ayında Ukraynadan buğda ixracı 2021-ci ilin eyni dövrü ilə müqayisədə 32% azalıb, Rusiya ixracı isə əksinə, 18% artıb.
Britaniya nəşri yazır ki, hazırda Ukraynadan 20 milyon tondan çox taxıl təyinat yerinə çata bilmir. Dünya bazarında yaranan çatışmazlığı isə Rusiya bağlayır - daha baha qiymətlə.
Öz növbəsində, Kreml ABŞ və Aİ-nin Rusiyanın Ukraynadan taxıl ixracına mane olması ilə bağlı iddialarını rədd edir və Qərbi sanksiyalar tətbiq etməklə bu vəziyyəti yaratmaqda ittiham edir.