Ağcabədidə rayonunda polisə oğurluq hadisəsi barədə yalan məlumat verən gənc qadın saxlanılıb.
Buta.media Xəzər TV-yə isitinadən məlumat verir ki, rayon sakini Könül Aslanova polisə müraciət edərək bildirib ki, ona məxsus evdən qızıl-zinət əşyaları oğurlanıb.
Polisin keçirdiyi əməliyyat istintaq tədbirləri nəticəsində məlum olub ki, 1500 manat dəyərində qızıl-zinət əşyalarını Könül Aslanova özü başqa bir şəxsə hədiyyə olaraq verib. Hadisəni ailə üzvlərindən gizlətmək üçün polisə yalan məlumat verib.
Faktla bağlı rayon polis şöbəsində araşdırmalar davam etdirilir.