Texnika çatışmazlığı: Rusiya Donbasa 50 illik tankları göndərdi

Rusiya quru qoşunları Ukraynada Severodonetsk və Lisiçansk yaşayış məntəqələrini mühasirəyə almaq səylərini davam etdirir, bu yaxınlarda Popasnayanın şimal-qərbində bir neçə kəndi ələ keçiriblər, lakin Ukrayna qüvvələri nəzarəti saxlamaqda davam edirlər. 

Buta.media-nın xəbərinə görə, bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmalında deyilir.

İcmalda qeyd olunur ki, Rusiya Severodonetski təzyiq altında saxlayır, baxmayaraq ki, Ukrayna bir neçə müdafiə sektoruna nəzarəti edərək RF qoşunlarını Donbas üzərində tam nəzarətdən məhrum edir.

Ukraynanın cənubundakı vəziyyətə gəlincə, Britaniya kəşfiyyatı bildirir ki, Rusiyanın Cənub Qüvvələr Qrupunun qarşısında hələ də Ukraynanın cənubunu işğal etmək tapşırığı durur.

Qeyd olunur ki, Rusiya son günlər 50 illik T-62 tanklarını anbarlardan Cənub Qrupunun məsuliyyət zonasına göndərib.

“T-62 tankları, şübhəsiz ki, tank əleyhinə silahlara qarşı xüsusilə həssas olacaq və onların döyüş meydanında olması Rusiyanın müasir döyüş texnikasının olmamasını göstərir”, - məlumatda deyilir.

Bir gün əvvəl Britaniya kəşfiyyatı bəyan etmişdi ki, Rusiya Ukraynadakı hava-desant qoşunlarından düzgün istifadə edə bilmir, və nəticədə bir çox elit bölmələri böyük itkilər verib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ