Rey Liotta vəfat etdi

Dominikanda amerikalı aktyor Rey Liotta vəfat edib.

Buta.media-nın xəbərinə görə, bu barədə Deadline nəşri məlumat yayıbş

Aktyor Dominikanda “Təhlükəli sular” filminin çəkilişlərində iştirak edirdi. Məlumdur ki, o yuxuda dünyasını dəyişib, aktyorun ölümünün digər təfərrüatları açıqlanmır. “Bomba oğlanlar” filminin qəhrəmanının 67 yaşı var idi.

Rey Liotta 18 dekabr 1954-cü ildə dünyaya gəlib. Onun kino sahəsində debütü 1978-ci ildə “Başqa dünya” serialında baş tutub. Daha sonra aktyor Martin Skorsezenin filmində Henri Hill rolu ilə məşhurlaşıb (“Bomba oğlanlar” filmi). Bundan əlavə Rey Liotta “Con Kyu”, “Hannibal”, “Korrina, Korrina” və “İdentifikasiya” filmlərində də rol alıb. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ