Dünyanın ən təhlükəli terorrçunu "piy basıb"

İŞİD terror təşkilatının başçısı Əbu Bəkr Əl-Bağdadi zahiri görünüşünü dəyişib və bir neçə dəfə Suriyadan və İraqdan qaçmağa uğursuz cəhdlər edib. 

 
Buta.media “Al-Araby Al-Jadeed” qəzetinə istinadən xəbər verir ki, bunu adının çəkilməsini istəməyən mənbə bildirib.
 
Həmin mənbəyə əsasən, Əl-Bağdadi saqqalını qısaldıb və onu kürən edib, həmçinin İŞİD terrorçularına xas olmayan əfqan geyimində gəzir. Bundan əlavə, az hərəkətli həyat tərzi üzündən son iki il ərzində Əl-Bağdadi piylənmədən əziyyət çəkir.
 
Mənbə iddia edir ki, Əl-Bağdadi İŞİD-in son qalası sayılan Baquzda deyil, Suriyanın başqa hissəsində yaşayır. Lakin imicinin dəyişdirilməsi ona ölkədən çıxmağa kömək etməyib.
 
Mənbənin bildirdiyinə əsasən, Əl-Bağdadi “əksər hallarda adi mülki avtomobillərdə və ya taksidə hərəkət edir”.
 
Son illər ərzində dəfələrlə Əl-Bağdadinin öldürülməsi haqqında məlumatlar yayılıb, lakin bu məlumatlar sonradan təsdiqini tapmayıb. 2018-ci ilin avqustunda “Al-Sumaria” telekanalı İraq kəşfiyyatına istinadən xəbər yaymışdı ki, Əl-Bağdadi ağır yaralanmadan sonra yataq xəstəsinə çevrilib və faktiki olaraq qruplaşmaya rəhbərlik etmir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ