Mayın 8-də Ukraynada Seveski Donets çayını nəzarətə götürmək istəyən RF ordusu 400 hərbi qulluqçusunu itirib.
Buta.media-nın xəbərinə görə, hadisənin təfərrüatı barədə “The New York Times” (NYT) nəşri yazıb.
Ukrayna Silahlı Qüvvələrinin (USQ) nümayəndələri nəşrin müxbirinə bildiriblər ki, rusiyalı hərbçilər mayın əvvəlində Beloqorovka rayonunda Sevesrki Donets çayı üzərində nəzarəti ələ keçirərək Severodonetsk rayonunda olan Ukrayna qüvvələrini mühasirəyə salmaq istəyiblər. Lakin bunun əvəzinə RF hərbçiləri özləri mühasirəyə düşüblər - onlara çayın cənub sahilinə keçməyə imkan yaradılıb, daha sonra rusiyalıları artilleriya atəşinə tutublar, və çayla buraxılan minalarla keçidlər partladılaraq onların geriyə çəkilmə yollarını kəsiblər.
Döyüş yerində olan ABŞ qəzetinin müxbirinə məhv edilmiş Rusiya hərbi texnikası göstərilib - ən azı 15 zirehli maşın, həmçinin “ağaclardan asılmış Rusiya formasının parçaları” və “yerdə qalan meyitlərin dözülməz qoxusu”.
USQ-nin polkovniki Dmitri Kaşenko NYT müxbirinə danışıb ki, Ukrayna hərbçiləri səsgücləndiricilər vasitəsilə rusiyalılara təslim olmağı təklif ediblər, lakin onların bunun eşitməklərindən əmin deyil. Onun sözlrəinə görə, bəzi rusiyalı hərbçilər çayı əks istiqamətdə üzərək mühasirədən çıxa biliblər.
Daha sonra RF qoşunları partladılan keçidləri bərpa edərək yenidən Severski Donets çayı üzərindən hücuma keçməyə cəhd ediblər, lakin burada onları Ukrayna qüvvələri qarşılayıblar.
“The New York Times” nəşri hesab edir ki, Beloqorovka rayonunda baş verən döyüş Ukraynaya hücum başlayandan Rusiya ordusunun aldığı ən böyük məğlubiyyətlərdən biridir.