Narkotaciri vəhşicəsinə döyüb öldürdülər - VİDEO

Rusiyanın Karaçayevo-Çerkesiya Respublikasında (KÇR) gənclər narkotik alverində şübhəli bilinən kişiyə özləri məhkəmə qurublar.

 
Buta.media-nın Ren TV-yə istinadla verdiyi məlumata görə, 47 yaşlı İldar Abdullayev yerli xəstəxanaların birinə çatdırılsa da daha sonra vəfət edib.
 
Məlum olub ki, bir neçə oğlan çubuqla kişi döyüb, işgəncəni videoya çəkərək sosial şəbəkələrdə yayıblar. Onlar döyülmüş adamı narkotikin dövriyyəsində günahlandırbılar. 
 
Araşdırma zamanı məlum olub ki, döyülən şəxs KÇR-yə Çeçenistandan keçib. Polis hadisəni törətməkdə şübhəli bilinən şəxsləri saxlayıb. Onlar cinayətləri etiraf ediblər. Şübhəliləri 15 il həbs cəzası gözləyir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ