Nərgizin Rusiyaya girişi qadağan edildi – FOTO

Populyar özbək müğənni Nərgiz Zakirova Daşkənddən Rusiyaya qayıtdıqdan sonra Moskvanın “Domodedovo” hava limanında saxlanılıb.

Musiqiçinin yenidən Özbəkistana deportasiya oluna biləcəyi deyilir.

Sənətçinin vəkili Bəhrom İsmayılova Nərgizin 2072-ci ilədək Rusiyaya girişini qadağan edən sənəd təqdim edilib. 
“Bu, “xüsusi əməliyyat”ı pisləyən ictimai xadimlərin aldığı standart qadağadır. Eyni məhdudiyyət Nərgiz Zakirovaya da qoyulub. Nərgiz buna hazır idi. O, belə tədbirlərin görüləcəyini güman edirdi. Buna baxmayaraq, müştərim öz vətəndaş mövqeyinə sadiq qalır”, - deyə vəkil bəyan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ