Macarıstan Ukraynadakı münaqişə fonunda fövqəladə vəziyyət elan edib

Macarıstanın baş naziri Viktor Orban Ukraynadakı hərbi münaqişə ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.

Bu barədə Macarıstanın baş nazirinin saytında məlumat verilib. 

Viktor Orbanın sözlərinə görə, Ukraynadakı münaqişə Macarıstanın və onun xalqının “fiziki təhlükəsizliyini, həmçinin enerji təchizatı və iqtisadiyyatın maliyyə təhlükəsizliyini təhlükə altına qoyur”.

“Biz görürük ki, Brüsseldəki müharibə və sanksiyalar böyük iqtisadi sarsıntılara və qiymətlərin kəskin artmasına səbəb olub. Dünya iqtisadi böhran ərəfəsindədir. Macarıstan bu müharibədən kənarda qalmalı və öz ailələrinin maliyyə təhlükəsizliyini qorumalıdır”, - baş nazir bildirib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ