Vətən müharibəsi qazisi intihar etdi

Biləsuvar rayonunda intihar hadisəsi baş verib. 

Buta.media “Kriminalqafqaz”a istinadən məlumatına görə, hadisə məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Qəsəbəsində qeydə alınıb. 
Belə ki, Cəbrayıl rayonu Sarıcalar kənd sakini, 1995-ci il təvəllüdlü Əlisahib Məmmədov özünü yaşadığı evin həyətində asaraq intihar edib.

Qeyd edək ki, o, Vətən Müharibəsi qazisi və ailəli olub.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ