Türkiyə NATO-dan çıxarıla bilər?

Türkiyə Finlandiya və İsveçin NATO-ya daxil olmasına maneə yaratdığı üçün alyansda üzvlüyünü itirə bilər.

Buta.media-nın xəbərinə görə, belə bir iddia ilə Amerikanın CNN telekanalının köşə yazarı David Andelman çıxış edib.

Onun sözlərinə görə, Ankaranın Rusiyadan S-400 zenit-raket komplekslərini almasından sonra Türkiyənin NATO-da üzvlüyünün dayandırılması ilə bağlı fikirlər yaranıb. 

Müəllif qeyd edir ki, Türkiyə rəsmilərinin bəyanatları NATO-nun mövqeyinə ziddir. Bununla belə, Bununla belə, Andelman hesab edir ki,  bu addım alyansa strateji vacib regionda mövqeyinin zəifləməsinə səbəb olacaq. 

“Heç kim ABŞ-dan sonra NATO-da ən böyük orduya sahib olan, strateji Bosfor boğazına nəzarət edən və Qara dənizə çıxışı olan ölkəni itirmək istəmir”, - deyə o vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ