Meyxanaçı Rəşad Dağlı Masallıda həmkarı ilə dəyişmə zamanı “seyidi Kərbəlaya buraxmayın. Xomeyni çöküb qalıb” kimi ifadələr işlətdiyinə görə dindarlardan üzr istəyib.
O, sosial şəbəkə vasitəsilə etdiyi videomüraciətində bunu qəsdən etmədiyini deyib:
“Qafiyənin uyğunsuz olmağından, bir az sözün bədahətən olmağından, tələskənlikdən fikrimi düzgün çatdıra bilməmişəm. Bu da qardaşlar arasında, xüsusən də mömin qardaşlar arasında haqlı narazılığa səbəb olub...
Belə alındığına görə qardaşlara demək istəyirəm ki, bunu bədahətən sözün qüsuru, nöqsanı kimi qəbul edib mənim bu açıqlamamın səmimi üzrxahlıq kimi qəbul edəsiniz”.