Türkiyənin xarici işləri naziri Mövlud Çavuşoğlu ilə NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.
Nazirlikdən verilən açıqlamada danışıqların məzmunu ilə bağlı məlumat verilməyib.
Ehtimala görə, NATO rəhbəri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsveç və Finlandiyanın alyansa üzvlük məsələsinə müsbət baxmadıqları barədə bəyanatından sonra müttəfiq ölkənin mövqeyini dəqiqləşdirmək üçün zəng edib.