Mayın 15-də Bakıda bu yollar bağlı olacaq - SİYAHI

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi mayın 15-də keçiriləcək “Bakı Marafonu - 2022” ilə bağlı sürücülərə və paytaxt sakinlərinə müraciət edib.

İdarədən Buta.media-ya daxil olan müraciətdə bildirilib ki, 15 may saat 2022-ci ildə saat 10:00-da Bayraq Meydanından marafona start veriləcək. “Küləyə qalib gəl” şüarı altında 10 mindən çox iştirakçı 21 km-dək yürüş edəcəklər. Yürüş zamanı təhlükəsiziliyi təmin etmək məqsəd ilə tədbir tam başa çatanadək qeyd olunan marşrut üzrə bütün avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq və istiqamət dəyişdiriləcək.

Yürüş Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov - A.Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, "Bakı Kristal Zalı" yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.

Vətəndaşlardan xahiş olunub ki, tədbirin əhəmiyyətini, iştirakçların rahat və fasiləsiz yürüşünün təşkil edilməsi məqsədlə bu istiqamətlərdə bütün nəqliyyat vasitələrinin hərəkətinin mümkünsüzlüyünü nəzərə alıb alternativ variantlara üstünlük versinlər.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ