Gənc şairə və bəstəkar Sahilə Qurbanova dünyasını dəyişib.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə müğənni Nərmin Kərimbəyova məlumat verib.
O qeyd edib ki, sənətçi ötən gecə qəflətən vəfat edib: “Vallah, bilmirəm nə deyim. Gənc istedada “Allah rəhmət etsin” kəlməsi heç yaraşmır. Balaların yetim qaldı, çox heyif səndən”.
Bildirilir ki, S.Qurbanova xəstəlikdən əziyyət çəkirmiş.