Ermənistan Azərbaycana altı maddəlik təklif verib

“Ermənistan Azərbaycanın 5 bəndlik təklifinə cavab olaraq altı bənd üzrə təkliflərini verib”.

Buta.media Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.

“Bu iki təkliflər paketini birləşdirib müzakirələrə başlamaq lazımdır. Bu məsələdə həm Azərbaycan, həm də digər beynəlxalq tərəfdaşlar tərəfindən anlaşma var. Azərbaycanın bəndlərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur. Sülh müqaviləsi ətrafında danışıqlara başlamaq lazımdır”, - deyə rəsmi vurğulayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ