Rusiyanın filtrasiya düşərgələri: Mariupol sakinləri üçün qettoya çevrilib

Mariupol merinin müşaviri Petr Andryuşenkonun sözlərinə görə, təxminən 4 həftə əvvəl işğalçılar Quqlino, Mirnı və Volonterovka rayonlarından bütün kişiləri zorla çıxarıblar. Formal səbəb filtrləmədir. Onlarla şəxsi əşyaların aparılmasına icazə verilməyib, pasport və digər şəxsiyyəti təsdiq edən sənədlər götürülüb.

 

Kişilər məktəbin və klubun ərazisinə yerləşdirilib. Videoda - kənddəki məktəbdir. 

Saxlanma şəraiti dəhşətlidir - insanlar dəhlizlərdə döşəmədə yatmağa məcbur edilir. Tibbi yardım göstərilmir. İşğalçıların təcili yardım çağırmaqdan imtina etməsi səbəbindən bir insanın ilk ölümünü qeyd edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ