Rusiyada səfərbərlik elan olunur? - Kreml cavab verdi

Bəzi KİV-lərdə yayılan Rusiya hökumətinin mayın 9-da ölkədə səfərbərlik elan edəcəyi ilə bağlı xəbərlər həqiqəti əks etdirmir.

Buta.media-nın xəbərinə görə, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

“Bu yalandır, doğru deyil”, - Peskov bildirib və əlavə edib ki, belə məlumatlara qulaq asmaq lazım deyil.

Kremlin sözçüsü həmçinin qeyd edib ki, mayın 9-da Rusiyanın Ukraynaya müharibə etmək niyyəti yoxdur.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ