Daha bir Ukrayna vilayətində Rusiya bayrağı qaldırıldı - VİDEO

Ukraynanın Xerson vilayətinin Çernobayevka yaşayış məntəqəsində Rusiya bayrağı qaldırılıb.

Buta.media-nın xəbərinə görə, bu barədə RİA Novosti video yayıb.

Rusiyalı hərbçilər binadan Çernobayevka kənd şurasının lövhəsini götürüblər. Yaşayış məntəqəsinin administrasiyasının başçısı İqor Dudar Çernobayevkanı tərk edərək Ukraynanın nəzarəti altında olan ərazilərə keçib.

Qeyd edək ki, Çermobayevka yaxınlığında Xerson hava limanı yerləşir.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ