Britaniya: Rusiya ordusu bir neçə həftəyə tükənəcək

Britaniyalı hərbi ekspert deyir ki, Rusiyanın Donbasdakı hücumu sona çatır və bölgə uğrunda döyüş iki-dörd həftəyə başa çatacaq.

London Kral Kollecinin Müharibənin Tədqiqi üzrə elmi işçisi Mayk Martin deyir: “Əsasən, rusların qoşunları tükənəcək və ukraynalılar artıq əks-hücum etməyə hazırlaşırlar”.

Onun fikrincə, ruslar regionu ələ keçirmək üçün yeganə şanslarını artıq əldən veriblər.

“Onlar darmadağın edilmiş bölmələri Kiyevdən çıxarıb, sonra onları şərqdə döyüşmək üçün yenidən formalaşdırmağa çalışıblar”, o izah edir.

Amma bu bölmələr Ukrayna paytaxtı uğrunda gedən döyüşlərdə böyük əziyyət çəkib . Rusiya onları gücləndirib, heç bir həlledici manevr edə bilməyib.

Martin deyir ki, Britaniyanın Qərbin Ukraynaya yardımının məqsədinin indi Rusiya qoşunlarını Krım da daxil olmaqla ölkədən sıxışdırmaq olduğunu elan etməsi böyük strateji dəyişikliyi göstərir.

Eyni zamanda ekspert hesab edir ki, Böyük Britaniyanın xarici işlər naziri Liz Truss bunun 10 il çəkə biləcəyini deyərkən yanılıb. Onun fikrincə, rus qoşunları buna qədər dağılacaq və bəlkə də Rusiyada çevriliş görəcəyik.

Martin deyib ki, Vaşinqtonun Ukraynaya 33 milyard dollar ayırması niyyətin çox açıq siqnalıdır.

Ekspertin fikrincə, bu həm də o deməkdir ki, NATO və ABŞ belə qənaətə gəliblər ki, Vladimir Putin blef edir, NATO bu qarşıdurmada payı qaldırsa, nüvə silahından istifadə etməyəcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ