Bayden Putinə görə G20 sammitinə getmiyəcək?

ABŞ noyabrda keçiriləcək G20 sammitinə Putin orada olarsa, Baydenin gedib-getməməsinə qərar verməyib.

CNN yazır ki, bundan əvvəl Vaşinqton Rusiya prezidentini İndoneziyada keçiriləcək görüşə dəvət etməməyi tələb etsə də,  indi Ağ Ev Rusiyanın G20-dən kənarda qalmayacağını anlayır. Bunun üçün yekdil qərar lazımdır və Çin artıq bunu dəstəkləməyəcəyini açıq şəkildə bəyan edib.

İndi Vaşinqtonda variantlardan hansının daha üstün olduğunu dəyərləndirməyə çalışırlar - dürüstlük nümayiş etdirmək və sammiti boykot etmək, yoxsa iştirak etmək, Rusiya və Çinə güzəşt kimi görünə bilər.

Aprelin 29-da İndoneziya prezidenti Coko Vidodo deyib ki, Putin onun sammitdə iştirak etmək dəvətini qəbul edib. Dmitri Peskov prezidentin iştirakı ilə bağlı suala birbaşa cavab verməkdən yayınaraq, yalnız “Rusiya bu sammitə hazırlaşacağını” qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ