Ukrayna Mariupola bağlı Rusiya ilə danışıqlara başlayır

Vladimir Zelenski bildirib ki, Ukrayna Mariupoldakı Azovstal ərazisində yerləşən mülki əhalinin təxliyəsi üçün danışıqlara hazırdır, UNIAN xəbər verir.

“Ukrayna Azovstaldan insanların təxliyəsi və əldə olunmuş razılaşmaların dərhal həyata keçirilməsi üçün təcili danışıqlara hazırdır. Biz Rusiya Federasiyasından da bu insanlara insani münasibət gözləyirik. Cənab Baş katibin missiyasının bu hissəsinin səmərəli olacağını gözləyirik. Biz buna hər cür töhfə verməyə hazırıq”, - deyə Ukrayna prezidenti bildirib.

"Azovstal"ın ərazisində, Ukrayna hakimiyyətinin əvvəllər bildirdiyi kimi, 1000-ə yaxın mülki şəxs var. Ukrayna tərəfi iddia edir ki, rus qoşunları “Azovstal”a qarşı hava hücumlarını davam etdirir.

“Azvostal”dan mülki əhalinin təxliyyəsi bu gün Kiyevə gələn Ukrayna prezidenti ilə BMT-nin baş katibi arasında danışıqların əsas mövzularından biri olub. Danışıqlardan sonra Ukrayna baş nazirinin müavini İrina Vereşçuk evakuasiya üçün hazırlıqların başladığını elan edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ