Pandemiyanın sona çatdığı elan oluna bilər - Nazir

COVID-19 peyvəndlərinin mövsümi peyvənd kimi istifadə edilməsi ilə bağlı ehtimal mövcuddur.

Buta.media-nın Report-a istinadən xəbərinə görə, bunu səhiyyə naziri Teymur Musayev informasiya agentliklərinə açıqlamasında deyib.

Nazirin fikrincə, gözlənti elədir ki, kollektiv immunitet nəticəsində ola bilər pandemiyanın sona çatdığı elan olunsun:

“Amma çox ehtiyatlı olmalıyıq. Payız ayına kimi müəyyən gözləntilər var. Payızda sıçrayış olmasa, bu məsələ qapalı kimi elan oluna bilər. Müəyyən vaxt keçdikcə, kollektiv immunitet zəifləyir. Bununla bağlı hər hansı bir dəyişiklik olsa, ola bilsin ki, COVID-19-a qarşı mövsümi peyvəndləmə bəyan olunsun”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ