“Qazprombank”ın vitse-prezidenti Ukraynanı müdafiə etməyə getdi

“Qazprombank”ın vitse-prezidenti İqor Volobuyev Rusiyadan Ukraynaya gedərək ərazi müdafiə qüvvələrinin sıralarına qoşulub.

Buta.media-nın xəbərinə görə, Volobuyev bu barədə The Insider nəşrinə danışıb.

Onun sözlərinə əsasən, Sumı vilayətinin Axtırka şəhərində doğulub və bu səbəbdən Ukraynaya qayıtmağa və vətənini qorumağa qərar verib.

“Mən daha Rusiyada qala bilmirdim. Milliyətcə ukraynalıyam, Axtırkada doğulmuşam, Rusiyanın vətənimə qarşı etdiklərinə kənardan baxa bilmədim. Mənim səfərim tövbə kimidir, rus keçmişimi yumaq istəyirəm. Ukraynada qələbəyə qədər qalmaq niyyətindəyəm”, - Volobuyev bəyan edib.

O qeyd edib ki, 2004-cü ildən Ukraynaya qayıtmaq istəsə də, ailə səbəblərinə görə bunu edə bilməyib. Volobuyev Rusiyanın Ukraynaya qarşı aqressiyasını hərbi cinayət adlandırıb.

“Qazprombank”ın sabiq vitse-prezidenti Vladislav Avayev və onun ailəsinin ölümündən danışan Volobuyev bildirib ki, baş verən hadisə intihar kimi səhnələşdirilib.

“Qeyd etmək istəyirəm ki, o sadəcə vitse-prezident deyildi, o prezidentdən yalnız bir vəzifə aşağı idi. Onunla tanış deyildim və nə ilə məşğul olduğunu bilmirəm. İnanmıram ki, Avayev öz həyat yoldaşını və qızını öldürsün, hesab edirəm ki, bunu sadəcə səhnələşdiriblər. Bəlkə, o nə isə bilirdi və hansısa təhlükə yaradırdı”, - Volobuyev əlavə edi.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ