Lavrov Üçüncü dünya müharibəsindan danışdı

Üçüncü Dünya müharibəsinin başlanması ilə bağlı real təhlükə var. 

Buta.media-nın xəbərinə görə, bu barədə RF Xarici işlər naziri Sergey Lavrov bəyan edib.

Hazırki vəziyyəti Karib böhranı ilə müqayisə edən nazir bildirib ki, “həmin vaxt qaydalar az da olsa var idi, yazılmış qaydalar”.

Lavrovun sözlərinə əsasən, Karib böhranı zamanı SSRİ və ABŞ liderlərinin inandıqları və danışqdıqları kanal var idi.

“Bu gün belə kanal yoxdur, və heç kim onu yaratmağa cəhd etmir”, - deyə o qeyd edib.

Diplomat bəyan edib ki, Moskva Üçüncü dünya müharibəsinin başlamaması üçün uzun illərdir böyük işlər görür.

“Hələ Trampın administrasiyası vaxtında biz ən yüksək səviyyədə 1987-ci ildə Qorbaçov və Reyqan tərəfindən imzalanan nüvə müharibəsinə yol verilməməsi haqda bəyanatı təsdiqləmişik. Biz Trampın komandasını da xalqlarımız üçün çox vacib olan bu sənədi təsdiqləməsini istədik, lakin onlar razılaşmadılar. Bununla belə Bayden adminsitrasiyası ilə qısa müddətdə bu məsələdə razılığa gəldik, və ötən ilin iyun ayında Jeneva sammitində prezidentlər birgə bəyaant verdilər”, - nazir yekunlaşdırıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ