Qarabağ qazisi özünü ağacdan asdı

Aprelin 21-i gecə saatlarında Qusar rayonu, Əniq kəndində intihar hadisəsi baş verib.

Buta.media-nın Lent.az-ın məlumatına görə, kənd sakini Qəhrəmanov Feyruz Qəhrəman oğlu özünü ağacdan asaraq, həyatına son qoyub.

Onun hansı səbəbdən həyatına qəsd etdiyi hələlik bilinmir.

Qeyd edək ki. F. Qəhrəmanov 44 günlük Vətən müharibəsi iştirakçısıdır. Yaxınlarının sözlərinə görə, o, müharibədə xəsarət alıb və buna görə müalicə olunurdu.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ